
Politoloq: Gərginlik sürətlə yüksəlir, İranla qarşıdurma qaçılmaz ola bilər
10:36 04.09.2025
Dünya
270
"İran Almaniya, Böyük Britaniya və Fransanın BMT sanksiyalarını bərpa etməsinin qarşısını almaq üçün əlindən gələni edir”.
Bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
Həmçinin xarici işlər naziri qeyd edib: “İran nə danışıqlardan, nə də müharibədən qorxur və lazım gələrsə, bütün ehtimallara hazırdır”.
Əraqçi danışıqların yekunlaşmadığı müddətcə Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) bir daha əməkdaşlıq etməyəcəyini açıqlayıb.
Xatırladaq ki, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 ölkələri BMT Təhlükəsizlik Şurasına müraciət edərək İrana qarşı sanksiyalar tətbiq etməyə imkan verən “snapback” mexanizmini işə salıb.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful, Fransanın xarici işlər naziri Jan-Noel Barrot və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bununla bağlı birgə bəyanat yayıblar.
"İranın nüvə proqramının beynəlxalq sülh və təhlükəsizliyə açıq təhdid olaraq qaldığı irəli sürülüb. Vurğulanıb ki, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı heç bir mülki əsası yoxdur və bu, MAQATE tərəfindən də nəzərə alınmayıb.
"Gərginliyi azaltmaq və hərtərəfli ümumi həllə nail olmaq üçün İran və ABŞ-ı danışıqlar masasına qaytarmaq üçün intensiv diplomatik səylərimizi yorulmadan davam etdirdik", - deyə bəyanatda qeyd olunub.
Politoloq İlyas Hüseynov Sherg.az-a deyib ki, nüvə proqramı ilə bağlı İranla danışıqlar bərpa olunsa da, hələlik heç bir nəticə əldə edilməyib:

"Bu isə gərginliyin daha da artmasına, Tehrana qarşı təzyiqlərin yüksəlməsinə və sanksiyaların yenidən tətbiq olunmasına gətirib çıxara bilər. Eyni zamanda, İran öz maraqlarını təmin etmək üçün regionda müxtəlif addımlar ata bilər ki, bu da genişmiqyaslı müharibəyə işarədir. Hesab edilir ki, belə bir vəziyyətdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri ilə birlikdə monitorinq aparılmalı, danışıqlar bərpa olunmalı və yekun həll variantı tapılmalıdır. Hazırda müharibə ehtimallarının artdığı müşahidə olunur. İsrailin Qəzzada genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirməsi, bölgə üzərində tam nəzarəti formalaşdırmaq niyyəti və İranla müharibə ehtimalları haqqında gedən müzakirələr bu gərginliyi daha da gücləndirir. Tehran da öz növbəsində belə bir müharibəyə hazır olduğunu bəyan edir. 12 günlük müharibə bir sıra məsələləri üzə çıxardı. Bu müddətdə İranın hərbi rəhbərliyinə və nüvə alimlərinə qarşı sui-qəsdlər həyata keçirildi, onların bir qismi məhv olundu. Bununla da İsrail kəşfiyyatının və “Mossad”ın bu ölkə üzərindəki təsir gücü bir daha üzə çıxdı. Digər tərəfdən İran yeni bir mərhələyə qədəm qoyduğunu bəyan edir. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması istiqamətində addımlar atıldığı vurğulanır. Lakin bu, hərbi ritorikanın güclənməsi və eskalasiya risklərinin daha da artması deməkdir".
Analitikin sözlərinə görə, əgər yaxın zamanda konsensus əldə olunmasa, iqtisadi sahədə İrana qarşı təzyiqlər daha da güclənə, müharibə ehtimalları isə yüksələ bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Lukaşenkoya da dəvət göndərdi, müsbət cavab aldı
21:43 19.01.2026
Dünya
Suriya ordusu SDQ-nin yaratdığı dağıntıları görüntülədi - FOTO
21:37 19.01.2026
Dünya
Valentino Garavani vəfat edib
21:31 19.01.2026
Dünya
Ərdoğan: İnanırıq ki, İran çətinliklərin öhdəsindən gələcək
21:19 19.01.2026
Dünya
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya