
Politoloq: HƏMAS tərəfi Trampın xəbərdarlığına ciddi yanaşacaq
11:05 17.12.2024
Dünya
481
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp deyib ki, HƏMAS girovluqda olan İsrail vətəndaşlarını yanvarın 20-nə kimi azad etməsə, ciddi nəticələri olacaq.
“Mən xəbərdarlıq etdim ki, həmin tarixə qədər girovlar evlərinə qaytarılmasa, cəhənnəm qopacaq”, - o bildirib.
Bu ifadənin konkret nə demək olduğu ilə bağlı sualı isə Tramp belə cavablandırıb:
“Onlar bunun nə demək olduğunu özləri başa düşməlidirlər. Burada xoş bir şey olmayacaq”.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu Trampla telefon danışığı aparıb. Bu barədə Netanyahu ofisinin müşaviri Dmitri Hendelman məlumat verib.
Danışıq zamanı əsasən Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan girovların geri qaytarılması, eləcə də Suriyadakı və Qəzza zolağındakı ümumi vəziyyət müzakirə edilib.
Politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, seçkiqabağı dövrdə də məlum idi ki, ABŞ-ın yeni Prezidenti ciddi surətdə İsraili dəstəkləyəcək:

"Artıq seçki başa çatıb və Donald Trampın seçilməsi təsdiqlənib. İndi bütün dünya yanvarın 20-də onun andiçməsini gözləyir. Bütün proseslər bu məsələyə köklənib. Eyni zamanda Tramp artıq müxtəlif görüşlər keçirir və müəyyən şəxsləri öz komandasında görmək üçün çağırış edir. Həmçinin ayrı-ayrı coğrafiyalarda baş verən proseslərə münasibət bildirir. O cümlədən Yaxın Şərq, Suriya, İran, Çin və İsrailə münasibətdə Trampın fikirləri ardıcıl xarakter daşıyır. Bu xüsusda HƏMAS-a da xəbərdarlıq edilib. Digər tərəfdən hazırkı dövrə qədər əsirlərin bəziləri həyatını itirə və ya sağ qala bilər. Əslində Tramp bütün prosesləri öz andiçməsinə qədər yekunlaşdırmaq istəyir. O, "girovlar qaytarılmasa, daha ciddi nəticələr olacaq" deyərkən nəzərdə tutur ki, daha ciddi formada ABŞ-ın İsraili dəstəkləməsi, güclü və sarsıdıcı texnikanın buraya ötürülməsi baş tuta bilər. Bu da yeni dalğa ilə Yaxın Şərqdə gərginliyin artmasını, müharibənin genişlənməsi ehtimallarını formalaşdıracaq. Nəzərə almaq lazımdır ki, Suriyada da vəziyyət hələ normallaşmayıb. Müəyyən problemlər, ziddiyyətlər və fikir ayrıseçkilikləri qalmaqdadır".
Politoloq deyib ki, HƏMAS tərəfi Trampın xəbərdarlığına ciddi yanaşacaq:
"Həmçinin məsələlərin gedişini müəyyən formada həyata keçirmək lazımdır. Əvvəlki dövrlərdə saxlanılan şəxslərin, hərbi əsrlərin dəyişdirilməsi baş verdi. Lakin indi İsrail arxasında ABŞ-la birlikdə daha qərarlı və prinsipial mövqedən çıxış edir. Bu da əslində Vaşinqton və İsrailin müttəfiqliyinin əsas göstəricisidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm