
Politoloq: “Putin yoxdursa, problem də yoxdur”...
Yusif Nəzərli
01:00 30.01.2025
Dünya
569
Tramp Bayden administrasiyasının bu prinsipini bəri başdan rədd edəcək
"Ağ Evin yeni sahibi Donald Trampa yaxınlığı ilə tanınan və Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Kreml sahibi Vladimir Putindən müsahibə ala bilən yeganə amerikalı jurnalist Taker Karson qaş düzəltmək istəyərkən, göz çıxarıb".
Bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, o, həmkarı Mett Taibbiyə müsahibəsində deyib ki, guya Co Bayden ABŞ prezidenti olduğu müddətdə administrasiya Rusiya Prezidenti Vladimir Putini sıradan çıxarmağa cəhd edib:

"Belə bir planın olub-olmadığını iddia etmək çətindir. Bəlkə də, Vaşinqtonda hesab ediblər ki, Putin olmasa, Rusiya müharibəni dayandıracaq. Bunda müəyyən qədər məntiq var. Məsələn, Putinin yerinə Baş nazir Mixail Mişustin keçsə, böyük ehtimalla o, müharibənin davamında maraqlı olmayacaq. O, baş nazir təyin olunandan bu yana bir dəfə də müharibə barədə fikir bildirməyib. Mişustin müharibənin Rusiya iqtisadiyyatına dağıdıcı zərbə vurduğunu anlamamış deyil. O ki qaldı Vaşinqtonun Putini aradan götürmək planına, ABŞ tarixində belə hallar az olmayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin Kubanın keçmiş lideri Fidel Kastronu öldürmək üçün müxtəlif planları olub, sadəcə, reallaşdıra bilməyib. Mərkəzi Kəşfiyyat İdarəsi 1973-cü ildə çevriliş yolu ilə Çilinin solçu Prezidenti Salvador Alyendeni general Auqusto Pinoçetlə əvəz edə bilib. Doğrudur, bu zaman Alyende həlak olub və Pinoçetin hərbi xuntası minlərlə çililinin ölümünə səbəb olub. Ancaq bu, Vaşinqtonu az narahat edib".
Analitikə görə, Karslon düşünüb ki, Donald Tramp Bayden administrasiyasının “Putin yoxdursa, problem də yoxdur” prinsipini bəri başdan rədd edəcək:
"Həqiqətən Tramp Ağ Evdə ilk günlərindən başlayaraq Baydenin bir çox qərarını ləğv edib. Ancaq bəzi məsələlərdə davamlılıq istisna deyil. Keçmiş Prezident Duayt Eyzenhauer 1961-ci ildə kreslosunu seçkidə qələbə qazanan Con Kennediyə təhvil verəndə Mərkəzi Kəşfiyyat İdarəsi Kubaya qarşı müdaxilə planı hazırlamışdı. Kennedi planı bəyənməsə də, mexanizm işə düşmüşdü və Ağ Evin yeni sahibi Mərkəzi Kəşfiyyat İdarəsinə “yox” deyə bilmədi. Müdaxilə Amerika üçün məğlubiyyətlə nəticələnsə də, Kennedi sələfinin hazır planından imtina edə bilməmişdi. Eyni ilə Tramp üçün maraqlı olsa, o da Mərkəzi Kəşfiyyat İdarəsinin və Pentaqonun əvvəlcədən hazırlanan planlarına “hə” demək məcburiyyətində qala bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə