
Politoloq: Putinə müraciət revanşistlərin növbəti təxribatıdır
Yusif Nəzərli
01:03 07.05.2025
Dünya
979
Balasanyanın addımı göstərir ki, ermənilər Azərbaycan torpaqlarında yerləşmək cəhdlərindən əl çəkmək istəmirlər
Reallıqları qəbul edə bilməyən və revanşizmə can atan keçmiş separatçı tör-töküntülər Rusiyaya ümidlə baxmağa, Kremldən dəstək ummağa davam edirlər. Bunu Qarabağdakı keçmiş erməni silahlı quldur dəstəsinin başçılarından biri olan Vitali Balasanyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı müraciətindən də görmək mümkündür. Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə tanınan qatı erməni millətçisi Vitali Balasanyan Putinə məktubunda alman faşizmi üzərində Qələbənin 80 illiyini bəhanə edərək, sözügedən "böyük Qələbəyə 90 min Qarabağ ermənisinin töhfə verdiyini" iddia edib və "erməni xalqının qəhrəmanlığı" barədə ağzına və ağlına gələn uydurmaları yazıb. Məktubunun sonunda isə Balasanyan Putinin vasitəçiliyi ilə Qarabağ ermənilərinin "öz tarixi vətənlərinə" qayıdacaqlarına ümid bəslədiyini bildirib.
Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, belə bir məktubla Rusiya liderinə müraciət edilməsi, sözsüz ki, revanşistlərin növbəti təxribatıdır. Ekspert vurğulayıb ki, Balasanyanın bu addımı bir daha onu göstərir ki, ermənilər Azərbaycanın əzəli torpaqlarında yenidən "lövbər" salmaq, yerləşmək cəhdlərindən əl çəkmək istəmirlər:

"Eyni zamanda, bu məktub ermənilərin Rusiyanın "alət"i rolunda çıxış etmək vərdişlərinin hələ də davam etdiyini təsdiqləyir. Xarici güclərə yarınmaq, könüllü şəkildə onların alətinə çevrilməklə öz məqsədlərinə nail olmaq ermənilərin köhnə vərdişidir. Onlar indi də yenidən Putinə yalvarmaqla öz istəklərinə nail ola biləcəklərini zənn edirlər. Bu kütbeyinlər hələ də anlaya bilmirlər ki, Rusiya onlardan alət kimi istifadə edib və kənara atıb. Başqa sözlə desək, özlərini "Qarabağ klanı" adlandıran bu separatçı-revanşist tör-töküntülərinin "istifadə müddəti" artıq bitib. Moskvanın onlardan təkrar istifadəyə cəhd göstərməsi və Azərbaycanla münasibətləri daha da gərginləşdirməsi ağılsızlıq olardı. Bu baxımdan, Rusiya lideri böyük ehtimalla ermənilərin təxribatçı müraciətinə heç bir reaksiya verməyəcək".
Ə.Hüseynov əlavə edib ki, dünya birliyi 44 günlük müharibənin yaratdığı yeni reallıqları çoxdan qəbul edib və Qarabağın Azərbaycana məxsus olduğunu yekdilliklə təsdiqləyib:
"Ermənistanın revanşist qüvvələri də artıq reallıq hissinə qayıtmalı və utanmadan Putinə, Makrona, digər liderlərə yalvarmaq cəhdlərinə son qoymalıdırlar. Paşinyan iqtidarı bu revanşistləri cilovlayıb sakitləşdirməlidir. Çünki onların təxribatçı davranışları Ermənistan-Azərbaycan normallaşma prosesinə ciddi şəkildə mane olur. Rəsmi İrəvan sülh sazişinə gedən yolun təmizlənməsi və ədalətin bərpası üçün Vitali Balasanyan, Seyran Ohanyan, Samvel Babayan və onların keçmiş "xaç ata"ları - Robert Köçəryan, Serj Sərkisyan kimi Xocalı qatillərini tutub Azərbaycana təhvil verməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol