
Politoloq: Suriyadakı proseslər İrana olan cüzi inamı da qırdı
Yusif Nəzərli
22:25 10.12.2024
Dünya
417
İrəvan yaxşı başa düşür ki, İranın Ermənistan sevgisinin kökündə gizli planları dayanır
“İndi Ermənistan çıxılmaz vəziyyətdədir. Ermənistan Türkiyəyə daha çox etibar edir, nəinki İran və Rusiyaya...”
"İranın xarici işlər naziri hər şeyi bildiklərini açıqladı və İranın Ermənistandakı səfiri dedi ki, Ermənistana hücum olarsa, köməyə gələcəklər". Bu sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib. O iddia edib ki, söhbət Zəngəzur dəhlizindən gedir: "İnanıram ki, bu, Paşinyanın ideyasıdır. Yəni Paşinyan buranı türk-azərbaycanlı qardaşlarımızla bölüşmək qərarına gəlib. O, azərbaycanlıların burada yaşaması üçün danışıqlar aparır, ermənilərin getməsindən isə söhbət gedə bilməz, ona görə də Ermənistan hakimiyyətinin yerinə türk vassallarını görürük. İran varsa, hansısa təhlükəni zərərsizləşdirə bilərdik, ancaq indiki hökumət İranın müdaxiləsinə imkan verməyəcək". Baqratyan deyib ki, azərbaycanlılar yalnız Zəngəzurla kifayətlənməyəcək, Bakının hədəfi Qərbi Azərbaycandır: “Bu 2,8 milyon insan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə danışacaq şəxslər seçməli və onlardan neçəsinin kəndə, neçəsinin şəhərə gələcəyinə qərar verilməlidir. Yəni (Azərbaycan lideri) demir ki, sizi işğal edəcəyəm, deyir ki, gəlib orada yaşayacağıq. Ermənistan hökuməti də bunun tərəfdarıdır”.
Politoloq Azər Qasımov "Sherg.az"a qeyd edib ki, İranın Azərbaycana qarşı düşmən mövqeyini imkan düşdükcə xatırlatması onu göstərir ki, fars rejimi Azərbaycan adlı dövlətin varlığından narahatdır. Ekspertə görə, Azərbaycan dövlətinin varlığını öz təhlükəsizliyinə təhlükə hesab edir:

"Yoxsa müsəlman ölkəsi niyə Ermənistana görə Azərbaycana qarşı müharibədə iştirakdan danışsın? İran təbii ki, ancaq danışmaqla məşğuldur. Azərbaycana qarşı müharibəyə qoşulmaq İranın gücündə olan iş deyil. İranın hansı gücə sahib olduğunu Suriyada gördük. İran Azərbaycan üçün heç vaxt dost ölkə olmayıb, indi də belədir. Ermənistan isə İranın avantürasına aldanaraq bir daha Azərbaycanla müharibəyə girişməz. İlk növbədə ona görə ki, Ermənistan öz gücünə bələddir. Azərbaycanın gücünə bələddir".
Siyasi şərhçi qeyd edib ki, Suriyadakı proseslər Ermənistanın İrana olan cüzi inamını da qırdı:
"Ermənistan yaxşı başa düşür ki, İranın Ermənistan sevgisinin kökündə gizli planları dayanır. İran Ermənistan ərazisini öz tarixi əraziləri hesab edir. İndi onu açıq işğal edə bilmir. Ona görə də sakitliklə ekspansiya etmək istəyir. Eyni fikirlərin Rusiyada da olduğu ermənilərə bəllidir. Ermənistan çıxılmaz vəziyyətdədir. Ermənistan Türkiyəyə daha çox etibar edir, nəinki İran və Rusiyaya.
Ermənistanın son ümidi Qərbədir. Ancaq Qərbin regiona təsir imkanları məhduddur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm