
Politoloq: Ukraynanın Aİ və NATO-ya üzvlük məsələsi kifayət qədər ziddiyyətlidir
Yusif Nəzərli
08:28 09.06.2025
Dünya
460
Ukrayna NATO və AB-yə üzv olmaq iqtidarında deyil, çünki bu ölkənin iqtisadi vəziyyəti qeyri-qənaətbəxşdir. Bunu LCI telekanalına müsahibəsində Macarıstanın Baş naziri Viktor Orban deyib. Baş nazir bəyan edib ki, Ukrayna hələ münaqişədən əvvəl müflis olmuşdu. 1990-cı illərdə ukraynalılar iqtisadiyyatı normal fəaliyyət göstərən dövlət qura bilmədilər. Orbanın fikrincə, Ukraynanın AB-yə daxil olması cəmiyyət üçün böyük problemlərlə nəticələnəcək. Baş nazir qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması da qəbuledilməzdir.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a bildirib ki, Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlük məsələsi kifayət qədər ziddiyyətlidir:

“Əvvəlki dövrlərdə müəyyən güzəştlərlə, imtiyazlarla və viza rejiminin sadələşdirilməsi ilə avrointeqrasiya planı nəzərdə tutulurdusa, müharibədən sonra Ukraynanın Avropa İttifaqına üzv olması Brüsseldə də müəyyən narahatlıqla qarşılanır.
Çünki müharibə nəticəsində sığınacaq axtaran, işsiz və yüksək gəlir ümidi ilə Avropa məkanına köç edənlərin sayının artması bəzi Avropa ölkələrində narahatlıq yaradır. Bu ölkələrdən biri də Macarıstandır. Macarıstan daim praqmatik yanaşma nümayiş etdirir, həm Avropa İttifaqını, həm də digər güc mərkəzlərini tənqid edir. Eyni zamanda çox açıq şəkildə öz milli maraqlarını önə çəkir. Bu baxımdan Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlüyü məsələsinə qarşı da tənqidi yanaşma mövcuddur”.
Ekspert qeyd edib ki, yaxın gələcəkdə Ukraynanın NATO-ya üzv olacağı inandırıcı deyil:
“NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, alyans üzvlərindən birinə qarşı silahlı hücum baş verərsə, bütün üzvlər bu hücuma qarşı birlikdə hərəkət etməlidirlər. Bu isə o deməkdir ki, əgər Ukrayna NATO-ya üzv olsa, dərhal NATO-Rusiya müharibəsi başlamalı və Ukraynanın işğal olunmuş əraziləri azad edilməlidir. İndiyə qədər NATO bu riskə getməyib. Alyans bu cür birbaşa qarşıdurmadan yayınmağa çalışıb, təhdidləri neytrallaşdırmağa üstünlük verib. Ukrayna ərazilərinə görə NATO ilə Rusiya arasında açıq hərbi qarşıdurma ehtimalı hələ ki real görünmür. Bununla yanaşı, NATO rəsmiləri də açıq şəkildə bildirirlər ki, Ukraynanın NATO-ya qəbul olunması hazırkı mərhələdə məqsədəuyğun hesab edilmir. Görünən odur ki, yalnız Avropa İttifaqı daxilində Ukraynanın statusunun qismən yüksəldilməsi nəzərdə tutula bilər. Amma bu da hələlik sual altındadır, çünki Viktor Orban başda olmaqla bir sıra siyasətçilər Ukraynanın Avropa İttifaqına daxil olmasına da müsbət yanaşmırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi