Polşa Belarus və Ukrayna ilə sərhədlərdə uçuşlara qadağa qoydu

Polşa Hava Nəqliyyatı Agentliyi dekabrın 9-dək Belarus və Ukrayna ilə sərhəddə uçuşlara məhdudiyyətlər qoyub.

Teleqraf xəbər verir ki, bu barədə Polşa KİV məlumat yayıb.

Agentlik bildirib ki, məhdudiyyət hərbi təyyarələrə şamil edilmir. Bu ərazilərdə mülki təyyarələrin uçuşlarına tam qadağa da olunub.

Xatırladaq ki, sentyabrın 10-da Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib. Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.