NATO-ya üzv dövlətin bir hissəsinin başqa bir NATO üzvü dövlət tərəfindən ələ keçirilməsi cəhdi siyasi fəlakət və dünyanın sonu olacaq.
Axar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Arktikanın təhlükəsizliyini gücləndirmək üçün yeni Avropa missiyasına baxmayaraq, Polşa Qrenlandiyaya qoşun göndərməyəcək”, - o bildirib.
Qeyd edək ki, Qrenladiyada “Arktika dözümlülüyü” hərbi təlimi keçirilir.