Polşa Ukraynada Rusiya aviasiyasının “fəallığı” ilə əlaqədar döyüş növbətçiliyində olan hərbi təyyarələri havaya qaldırıb və hava hücumundan müdafiə sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib.
Sherg.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, tədbirlər Ukrayna ilə həmsərhəd ərazilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və preventiv xarakterlidir. Son dövrlər Polşa tərəfi bu cür açıqlamaları mütəmadi olaraq verir və onlar adətən Ukraynada hava həyəcanı elan edilən vaxtlara təsadüf edir.