Portuqaliyada seçkidə sosialist namizəd qalib gəldi

Portuqaliyada iki turlu prezident seçkilərində Sosialist Partiyasının namizədi Antonio Jose Sequro səslərin 66%-ni qazanaraq ölkənin yeni prezidenti olub.

Sherg.az xəbər verir ki, sağçı Andre Ventura isə 34% toplayıb. Seçki prosesini güclü fırtına və daşqınlar çətinləşdirsə də, nəticələrə ciddi təsir etmədi. Sequro mart ayında vəzifəni hazırkı prezident Marcelo Rebelo de Sousadan təhvil alacaq.