Kolumbiya sularında böyük miqdarda kokain daşıyan gəmi ələ keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X hesabında məlumat verib.
Prezident qeyd edib ki, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində Kartaxena yaxınlığında 4 ton kokain müsadirə edilib.