Prezident mətbuat konfransını zəlzələ xəbərdarlığı səbəbilə yarımçıq dayandırıb

Meksika prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransını zəlzələ ilə bağlı xəbərdarlıq sisteminin işə düşməsi səbəbilə yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

APA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Milli Sarayda keçirilən və canlı yayımlanan tədbir zamanı baş verib.

Ştatın Guerrero bölgəsində mümkün seysmik aktivlik barədə xəbərdarlıq edən sirenlər səsləndikdən sonra dövlət başçısının çıxışı dayandırılıb.

Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu bildirib.