Proseslər Kiyevin xeyrinə deyil: Masada taleyi həll olunan Ukrayna üçün şərtlər daha ağır ola bilər
11:00 17.02.2025
Dünya
525
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada davam edən münaqişənin həlli üçün yeni bir təşəbbüslə çıxış edib. Məlumata görə, Vaşinqton Ukraynada aprelin 20-dək, yəni Pasxa bayramına qədər atəşkəs əldə etməyə çalışır. Bu barədə “Blumberq” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyası Rusiya və Ukrayna arasında vasitəçi rolunu gücləndirərək tərəfləri müvəqqəti sülh razılaşmasına razı salmağa çalışır. Ağ Evin yüksək səviyyəli rəsmiləri Moskva və Kiyev arasında diplomatik təmasları artıraraq danışıqlar üçün əlverişli şərait yaratmağa cəhd göstərir.
Xanım politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, atəşkəsin əldə olunması müharibənin bitməsi demək deyil:
“Düşünürəm ki, Donald Tramp özü də Rusiya-Ukrayna müharibəsi ilə bağlı seçkiqabağı təşviqat dövründə verdiyi vədlərin yerinə yetirilməsinin çox asan olmayacağını bilir. Hətta proses ABŞ-Avropa İttifaqı qarşıdurması kontekstində davam etdiyi müddətcə atəşkəs ilə bağlı ehtimallar da sual altına düşmüş olur, çünki ziddiyyətli maraqlar çoxdur. Belə olan halda masada taleyi həll olunan Ukrayna üçün şərtlər daha ağır ola bilər. Təəssüflə qeyd etmək lazımdır ki, Ukraynanın ərazi bütövlüyü məsələsi danışıqlar prosesində nəinki prioritet deyil, ümumiyyətlə yaxın perspektivdə heç bir halda real görünmür. Bu nöqteyi-nəzərdən yanaşdıqda, atəşkəsin əldə olunması ilə bağlı danışıqlar Ukraynada atəş səslərini qısamüddətli dayandıra bilər, amma prosesləri Ukraynanın xeyrinə istiqamətləndirə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm