
Putin daha "böyük balıqdır": AŞ-nin tribunal istəyi işə yaramayacaq!
10:59 05.02.2025
Dünya
495
Avropa Şurası Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılmasının hüquqi əsasları barədə razılığa gəlib.
Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, tribunal yaradılarsa, o, Beynəlxalq Cinayət Məhkəməsindən müstəqil olacaq:
“Təcavüz cinayəti başqa bir dövlətə qarşı müharibənin başlamasından ibarət olan beynəlxalq cinayətlərin ayrıca kateqoriyasıdır. Münaqişənin həm sıravi iştirakçılarının, həm də hər iki tərəfin komandirlərinin məsuliyyətə cəlb oluna biləcəyi hərbi cinayətlərdən və insanlığa qarşı cinayətlərdən fərqli olaraq, təcavüz cinayəti yalnız hücum qərarı verən ölkənin ən yüksək rəhbərliyinə aid edilə bilər. Beləliklə, tribunalın yaradılması barədə qərar qəbul edilərsə, onun işi ilk növbədə Vladimir Putinə aid olacaq”.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, vaxtilə Haaqa Daimi Arbitraj məhkəməsində Serbiya rəhbərləri və bəzi Xorvatiya səhra komandirləri həbs edilmişdi. Bu tribunallardan biri də Putinə qarşı hazırlanır:

"Putin daha "böyük balıqdır". Söhbət onun hansı dövlətin başında olduğundan gedir. Rusiya Serbiya deyil. Digər tərəfdən Roma Statutunu ratifikasiya edən ölkələrə tapşırıq var ki, Putin onlardan hər hansı birinə səfər etdikdə həbs edilsin. Lakin bu yalnız Rusiyanın Ukrayna ilə müharibədə uduzağı halda ola bilər. Necə ki Serbiyada Qərb yönümlü qüvvələrin təsiri "rəngli inqilab" baş vermişdi. Nəticədə Serbiyanın Baş naziri Miloş Vuçeviç tribunal yolu ilə hakimiyyətdən endirildi və həbs edildi. Rusiyada bu cür proseslərin gedəcəyinə inanmıram. Həmçinin Putinin də mövzuya reaksiyası olacaq. Bütün bunlarla yanaşı, AŞ-nin Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılmasının hüquqi əsasları barədə razılığa gəlməsini ABŞ-də bəyənməyəcək. Çünki Tramp istəyir ki, Rusiya və Ukraynanı danışıqlar masasına otuzdursun, o cümlədən atəşkəs imzalansın. İndiki məqamda isə sözügedən məsələ Putinin daha da qıcıqlanmasına gətirib çıxara bilər. Digər tərəfdən, ümumiyyətlə AŞ o qədər də təsirli bir qurum deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya