Çeçenistan lideri Ramzan Kadırovla Dağıstan senatoru Süleyman Kərimov arasındakı münaqişə həll olunub: onlar Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada barışıblar.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyx Ravil Qaynutdin Ramazan bayramı öncəsi dindarlara video müraciətində deyib.
"Açıq düşmənçilik 2024-cü ilin payızından bəri davam edirdi. O vaxt Kadırov Kərimovu ona qarşı sui-qəsd hazırlamaqda ittiham etmiş və açıq şəkildə qanlı düşmənçilikdən danışmışdı", - o bildirib.
Xatırladaq ki, 2024-cü ilin sonlarında Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Dövlət Dumasının deputatları Bekxan Barahoyev, Rizvan Qurbanov və Dağıstandan olan senator Süleyman Kərimovu hədələmişdi.
Kadırov iddia edirdi ki, adları çəkilən vəzifəli şəxslər “Wildberries” şirkəti ətrafında yaranan münaqişəyə görə onun qətlini sifariş ediblər. Guya deputat Süleyman Kərimov onun aradan götürülməsi üçün 100 milyon təklif edib.
Kadırov əlavə etmişdi ki, adıçəkilən şəxslər günahsız olduqlarını sübut etsələr, qisas almağı dayandırmağa hazırdır.