Putin: Kubaya qarşı məhdudiyyətlər qəbuledilməzdir

Rusiya Prezidenti Vladimir Putin Kremldə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla ilə danışıqlar aparıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Putin Kubaya tətbiq edilən məhdudiyyətləri qəbuledilməz hesab edib: "İndi yeni sanksiyalarla xüsusi bir dövrdən keçirik. Buna necə yanaşdığımızı bilirsiniz. Biz belə bir şeyi qəbul etməyəcəyik. Biz həmişə Kubanın müstəqillik, öz inkişaf yolunu müəyyənləşdirmək hüququ uğrunda mübarizəsində onun tərəfində olmuşuq və həmişə Kuba xalqını dəstəkləmişik".

Kuba xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə daha öncə xarici işlər naziri Sergey Lavrov və Vahid Rusiya Partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşüb .