Putin razılaşmasa, Tramp daha çox “Tomahavk” göndərəcək

ABŞ Prezidenti Donald Tramp hazırda Rusiyaya təzyiq göstərmək səyləri çərçivəsində Ukraynaya “Tomahavk” raketlərinin məhdud tədarükünü nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Mundo” nəşri Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.

“ABŞ prezidenti “Tomahavk”ları tədarük etmək niyyətindədir. O, bundan Rusiya Prezidenti Vladimir Putini Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar masasına oturtmaq məqsədilə rıçaq kimi istifadə etmək istəyir. Amma danışıqlar Kremlin imtinası səbəbindən baş tutmasa, o zaman Tramp “Tomahavk”ları kütləvi şəkildə Ukraynaya göndərəcək”, - nəşr bildirib.