Putin Trampın xahişini yerinə yetirmədi - Zelenski

Rusiya ABŞ Prezidenti Donald Trampın şəxsi xahişini pozaraq kəskin şaxtalarda Ukraynaya kütləvi hücum təşkil edib. Kiyev indi Vaşinqtonun bu cinayətə reaksiyasını gözləyir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram paylaşımında qeyd edib.

"Biz ABŞ-ın Rusiyanın zərbələrinə reaksiyasını gözləyirik. Bu, Amerikanın təklifi idi: Diplomatiya dövründə və bu soyuq qış günlərində enerji sektoruna zərbələri dayandırmaq... Bu, ABŞ Prezidentinin şəxsi xahişi idi", - deyə Ukrayna lideri vurğulayıb.

Qeyd edək ki, Ağ Ev rəhbəri rusiyalı həmkarı Vladimir Putindən Kiyevdə kəskin soyuqlar səbəbindən enerji infrastrukturuna bir həftə müddətində zərbələri dayandırmağı xahiş etmişdi.