Putin Trampla telefon danışığından sonra Təhlükəsizlik Şurasını Kremlə toplayıb

ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini Kremlə toplayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinə Trampla telefon danışığı barədə ətraflı məlumat verib.