Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qarşıdakı danışıqları Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edib.
Sherg.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin üçtərəfli görüşü noyabrın 10-da Əbu-Dabidə baş tutacaq. Bu barədə Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında açıqlama verib.
İclasda, həmçinin Rusiyanın ərzaq təhlükəsizliyinin təmin edilməsi və möhkəmləndirilməsi məsələsi müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsinin planlaşdırıldığını bildirmişdi.