
Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
Yusif Nəzərli
09:11 11.05.2025
Dünya
464
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib. Putin bunu mətbuat konfransında bildirib: "Biz Kiyevə heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edirik. Danışıqlara mayın 15-də İstanbulda başlamağı təklif edirik".Putin əlavə edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla danışacaq və ondan Ukrayna ilə danışıqlar üçün meydança təqdim etməyi xahiş edəcək. Rusiya Prezidenti qeyd edib ki, yeni atəşkəslərin razılaşdırılması mümkündür: "Biz ciddi danışıqlara hazırıq. Bizim təkliflərimiz masa üzərindədir. Ukrayna hakimiyyəti və kuratorları qərar verməlidirlər. Rusiya heç bir şərt olmadan danışıqlara hazırdır. Uzunmüddətli sülh əldə etmək lazımdır. İndi müharibə gedir və biz danışıqlar təklif edirik, bunun nəyi pisdir?".Politoloq Zeynal Əmralıyev "Sherg.az"a açıqlamasında deyib ki, Putinin bunu təklif etməsinin əsasən üç səbəbi var. Ekspert bildirib ki, Rusiyanın resursları ciddi şəkildə tükənir:

"Ölkənin bank sektoru faktiki çöküşdədir. Ard-arda banklar bağlanır. Mərkəzi Bank rəhbərliyi bununla bağlı Putini dəfələrlə xəbərdar edib. İkinci məsələ budur ki, Rusiya prosesdə ABŞ-nin vasiteciliyinə çox da isti baxmır. Moskva vəziyyəti tarazlaşdırmaq üçün Vaşinqtona Tehranla arasında vasitəçilik təklif etdi. Lakin ABŞ və İran Omanın vasitəçi ilə danışıqlara üstünlük verdi".
Analitikə görə, digər məsələ Rusiyanın zaman qazanmaq istəyidir:
"Ortada olan 30 günlük atəşkəs təklifi var. Rusiya danışıqlar aparıldığı müddətdə var gücü ilə əməliyyatlara davam edəcək. İstanbul danışıqlarında sülhün əldə edilməsi çox da inandırıcı deyil. Yalnız qısa müddətli atəşkəs imzalana bilər. Sülh üçün Rusiya özünün əsassız tələblərindən əl çəkməlidir. Moskva Krım, Donetsk, Luqansk, Xerson və Zaparojenin tamamilə federasiya ərazisi kimi tanınmasını istəyir. Ukraynada ağlı başında olan rəhbər buna razılaşmaz. Torpaqdan imtina bir dövlət üçün ölümdür. Faktiki vəziyyətlə barışsa belə Kiyev hüquqi olaraq 1 qarış torpağından belə imtina etməməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət