Rusiya Prezidenti Vladimir Putin Lerçek kimi tanınan rusiyalı bloger Valeriya Çekalinanın əfv edilməsi haqqında fərman imzalayıb.
Axşam.az xəbər verir ki, fərmana əsasən, Lerçek Moskvanın Qaqarin Rayon Məhkəməsinin iyulun 31-də verdiyi hökmdən azad edilib. Onun məhkumluğu da ləğv olunub.
Bloger bununla bağlı paylaşım edərək Putinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Lerçek və keçmiş həyat yoldaşı Artyom Çekalin 250 milyon rubldan çox vəsaitin qanunsuz şəkildə Birləşmiş Ərəb Əmirliklərinə köçürüblər. Bloger cinayət işi üzrə 5 il şərti azadlıqdan məhrum edilib.
Məhkəmə prosesi zamanı xərçəngdən əziyyət çəkən blogerin xəstəliyi getdikcə ağırlaşıb.