Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Epifaniya (Xaç suyuna salma) mərasimi zamanı söylədiyi moizədə Rusiya prezidenti Vladimir Putin haqqında diqqətçəkən ifadələr işlədib.
Musavat.com xəbər verir ki, patriarx çıxışında Rusiyanın elə bir tarixi mərhələyə gəldiyini bildirib ki, dövlətin başında “sadəcə protokol üzrə deyil, inanclarına görə pravoslav olan” bir lider dayanır.
Patriarx Kirillin sözlərinə görə, Putin pravoslavlığı formal atribut kimi deyil, şəxsi dünyagörüşü və əqidəsi kimi qəbul edir. Kilsə rəhbəri vurğulayıb ki, bu yanaşma dövlət rəhbərliyində dini kimliyin rolunu gücləndirir.
Onun fikrincə, ölkənin ali rəhbərliyində bu cür dini mənsubiyyətin olması Rusiyanın mənəvi dayaqları baxımından mühüm əhəmiyyət daşıyır və cəmiyyətdə pravoslav dəyərlərinin möhkəmlənməsinə xidmət edir.
Patriarx Kirillin bu açıqlaması Rusiya ictimai-siyasi mühitində geniş rezonans doğurub və dövlət–kilsə münasibətləri kontekstində yeni müzakirələrə yol açıb.