Putin Zelenski ilə görüşmək istəməməsinin səbəbi açıqlandı
Yusif Nəzərli
06:22 20.08.2025
Dünya
261
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə hazır deyil.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanal bildirib ki, ABŞ Prezidenti Donald Tramp Putin və Zelenski arasında ikitərəfli görüş təyin etməyə razılaşdıqdan sonra Kreml gözləntiləri azaldıb:
“Bəllidir ki, Rusiya lideir Ukrayna prezidenti ilə danışıqlara hazır deyil – təkcə indi yox, gələcəkdə də”.
CNN Putinin Zelenski ilə görüşdən yayınmasının səbəblərinə də diqqət çəkib:
“Analitiklər vurğulayırlar ki, Kreml üçün Zelenski ilə görüş Rusiya təbliğatının illərdir “Qərbin kuklası” kimi göstərdiyi Ukrayna prezidentini ölkənin qanuni lideri kimi tanımaq demək olardı.
Analitik Orisya Lutseviçin sözlərinə görə, Putin ələ saldığı bir liderlə görüşsə, öz uğursuzluğunu qəbul etməli olacaq.
Kreml “Kiyev rejimi” ifadəsini işlətməklə, Zelenskinin adını çəkməkdən çəkinir və sülh sazişindən əvvəl Ukraynada seçkilərin keçirilməsini tələb edir”.
Analitik Tatyana Stanovaya görə, Putin Zelenski ilə görüşü kritik əhəmiyyət kəsb etmir: “Amma ərazi güzəştlərinin masada olacağına zəmanəti olsa, razılaşa bilər”.
Ekspert əlavə edib ki, Putin Trampa Kiyevi daha münasib mövqeyə çəkmək üçün fürsət kimi baxır: “Putin Trampı Rusiyanın müharibəyə dair planının həyata keçirilməsinə töhfə verən biri kimi görür”.
CNN vurğulayıb ki, Moskva İstanbulda (Türkiyə) yüksək səviyyəli nümayəndə heyətləri ilə danışıqların yeni raundunu təşkil etməyə cəhd edə bilər, amma qələbə zəmanəti olmayan prezidentlər səviyyəsində görüşə hazır deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya