Putinin bu açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanır? -TƏHLİL
Yusif Nəzərli
12:21 19.12.2024
Dünya
407
Rusiya-Ukrayna müharibəsindən sonra dünyadakı qütbləşmə, ölkələrarası müttəfiqliklər daha da aydın fazaya keçməyə başladı, ittifaqlar açıq fəaliyyətə keçdilər. Neytral qalmağa çalışan ölkələrə isə müxtəlif təzyiqlər olunur, onlara qarşı qərəzli yanaşmalar nümayiş etdirilir. Bu baxımdan müttəfiqlər Ukraynadakı müharibəyə ədalət və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı məsələsindən yox, üzv olduğu təşkilatlar və götürdüyü öhdəliklər, ümumilikdə isə şəxsi maraqları çərçivəsində baxmağa başladılar. ABŞ, Avropa İttifaqı (Aİ) və onun üzv ölkələri müharibədə Ukraynaya sarsılmaz dəstəkdə birləşib və Rusiyaya qarşı kəskin mövqe nümayiş etdirir, ciddi sanksiyalar paketi hazırlayır, tam olmasa da müharibəni bitirməyəcək qədər Ukraynaya yardım edirlər. Ancaq Rusiya ilə müttəfiq olan bəzi ölkələr var ki- Çin və Hindistan kimi, Ukraynaya qarşı genişmiqyaslı müharibəni dəstəkləməkdən çəkinsələr də, konkret mövqe sərgiləmirlər. Digər dövlətlər isə açıq şəkildə mövqe ortaya qoyur. Belə ki, 2023-cü il fevralın 23-də BMT-nin “Ukraynada müharibəyə son qoyulması və Rusiyanın ölkədən dərhal çıxarılmasını tələb edən” qətnamənin əleyhinə yalnız Rusiya, Belarus, devrilən Suriya hökuməti, Şimali Koreya, Mali, Nikaraqua və Eritreya səs vermişdi. Ona görə də dünyadakı proseslərin şəkilləndirilməsində beynəlxalq ictimaiyyətin yanaşması mövcud reallıqları dəyişmək iqtidarında deyil.
Putinin “Geri dönüşü olmayan bir nöqtə” ifadəsi işlətməsi nəyə işarədir?
Kollektiv Qərb Ukraynadakı müharibə ilə Rusiyanın iqtisadi, hərbi cəhətdən zəifləməsini istədiyi üçün savaşın uzanmasının tərəfdarıdır. Beləliklə, Rusiyanı zəiflətdikdən sonra Ukraynanı qalib olmasını istəyən tərəflər NATO-nun genişləndirilməsinə zəmin yaradacaqlar. Təbii ki, Rusiyanın da müttəfiqləri Moskvanın məğlubiyyətinin müxtəlif regionlarda onlara da təhdid yaradacağından ehtiyat etdiyi üçün yarı-gizli şəkildə fəaliyyətlərini həyata keçirirlər. Tərəflər isə geri addım atmaq niyyətində olmadığı üçün mütləq qalibiyyətə ümid edirlər. Amma Ukraynanın timsalında bunu demək ümumiyyətlə, çətindir. Bunun üçün Rusiyanın işğal etdiyi ərazilərdən çıxması lazımdır, bu da inandırıcı deyil. Rusiyanın tutduğu torpaqların verilməməsi müqabilində əldə olunacaq razılaşma isə kollektiv Qərbin və Ukraynanın məğlubiyyəti deməkdir. Əgər belə idisə, yüz minlərlə insanın qurban verilməsi, milyardlarla vəsaitin sərf olunmasının heç bir nəticə vermədiyi görünəcək və ABŞ-ın başçılıq etdiyi Alyansın genişlənməsinin qarşısını alacaq, blokada fikir ayrılıqları artacaq.
Trampın müharibəni sülh yolu ilə bitirmə ehtimalı nə qədərdir?
Əslində bu gün davam edən müharibələrin təməli Donald Trampın dövründə qoyulub. Məsələn, Rusiya-Ukrayna müharibəsinin passiv mərhələsi- CIA-nin əməliyyatları, bölgədəki digər fəaliyyətlər, həmçinin NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsinin sürətləndirilməsi də D.Tramp dövründə baş verib.
Eyni zamanda, ABŞ Trampın dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıdı, işğal olunan və uzun illərdir mübahisəli sayılan Colan təpələrinin İsrailə verilməsi barədə qərar qəbul edib. İstənilən halda, bütün prezidentlər ABŞ siyasi sisteminin qərarlarını yerinə yetirirlər. Ümumiyyətlə, böyük və uzunmüddətli savaşların planları razılaşdırılır, hazırlanır və icra edilir.
Elmir Səftərov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Türkçülük təkcə milliyyətçilik deyil” - Türkoloq alim
21:09 11.03.2026
Aktual
Qətər ABŞ-ı İranla münaqişəni sülh yolu ilə həll etməyə çağırır
20:50 11.03.2026
Dünya
Qətər ABŞ-ı İranla münaqişəni sülh yolu ilə həll etməyə çağırır
20:34 11.03.2026
Gündəm
Tiktoker “Şiva” həbs edilib
20:22 11.03.2026
Hadisə
Aİ Livana 100 milyon avro humanitar yardım ayırır
20:04 11.03.2026
Gündəm
Almaniya XİN rəhbəri sabah Türkiyəyə səfər edəcək
19:55 11.03.2026
Gündəm
Türkiyənin daxili işlər naziri Azərbaycan səfiri ilə görüşdü
19:44 11.03.2026
Siyasət
Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvanda olub - FOTO
19:11 11.03.2026
Gündəm
Türk Hava Yolları İrəvana uçuşlara başlayıb
19:09 11.03.2026
Gündəm
Avropa Şurası Prezidentinin gəlişi səbəbsiz deyil - Fazil Mustafa
18:49 11.03.2026
Gündəm
Tramp: İranla müharibə tezliklə sona çatacaq
18:14 11.03.2026
Gündəm
Türkiyədə 1 tondan çox narkotik maddə aşkarlanıb, saxlanılan var
17:14 11.03.2026
Gündəm
Paşinyan: Naxçıvana bu istiqamətdə yol verməyə hazırıq
17:01 11.03.2026
Cənubi Qafqaz