Putinin iqamətgahına hücum olubmu? - ABŞ kəşfiyyatı açıqladı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyi Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum etmədiyi və ya ona cəhd etmədiyi qənaətinə gəliblər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası rəsmilərə istinadla məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff müvafiq qiymətləndirməni dünən (31 dekabr 2025-ci il) ABŞ Prezidenti Donald Trampa təqdim edib. Bu qiymətləndirməyə əsasən, Ukrayna tərəfinin hərəkətləri Novqorod vilayətində yerləşən, lakin Putinin iqamətgahının yaxınlığında olmayan hərbi obyektə qarşı yönəlib.

Qeyd edək ki, Rusiya Ukraynanın dekabrın 29-na keçən gecə Prezident Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 ədəd PUA ilə hücum etdiyini bildirib. Ukrayna bu iddiaları rədd edib.