Yaponiyada aralarında Baş nazir Sanae Takaçinin də olduğu 58 qadın millət vəkili parlament binasında qadın tualetlərinin sayının artırılması tələbi ilə rəsmi müraciət edib. Son seçkilərdən sonra qadın deputatların sayının artması mövcud infrastrukturun yetərsizliyini üzə çıxarıb.
Məlumata görə, əsas plenar zalın yaxınlığında 73 qadın deputat üçün cəmi iki kabinli bir tualet mövcuddur. Qadın siyasətçilər iclaslardan əvvəl uzun növbələr yaranmasından şikayət edirlər.
Mütəxəssislər bu vəziyyəti Yaponiyada hələ də mövcud olan cinsiyyət bərabərsizliyinin bariz nümunəsi kimi qiymətləndirir. Qeyd edək ki, ölkə Dünya İqtisadi Forumunun 2024-cü il hesabatında gender bərabərliyi üzrə 148 ölkə arasında 118-ci yerdə qərarlaşıb.