Qara Dənizdə Güc Mübarizəsi: Avropa, ABŞ və Rusiyanın Qarşılıqlı Maraqları
Yusif Nəzərli
17:22 05.11.2025
Dünya
93
ABŞ Dövlət katibi Marko Rubio deyib ki, Rusiyanın Qara dənizdəki hücumların dayandırılması üçün şərtləri arasında təkcə ABŞ sanksiyalarının deyil, həm də AB ölkələrinin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin ləğvi olub:
"Ruslar əldə etdikləri razılaşmanın bir hissəsi olaraq şərtlər irəli sürür. Bu şərtlərdən bəziləri bizə aid olmayan sanksiyalardır. Həmin sanksiyalar AB-yə aiddir".
Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi rəhbəri, tarix elmləri namizədi Anton Bredixin "Sherg.az"a açıqlamasında bildirib ki, hazırkı şəraitdə Avropa İttifaqının ABŞ-Rusiya razılaşması çərçivəsində ardıcıl addımlar atacağını proqnozlaşdırmaq çətindir:
"Çünki bir sıra Avropa liderləri ABŞ-nin, xüsusilə də Tramp administrasiyasının liderliyini qəbul etməkdən çəkinir. Buna görə də, ABŞ-nin göstərdiyi səylərə baxmayaraq, Qara dənizdə bu cür təşəbbüsləri irəli aparmaq mümkün olmaya bilər. Bu məsələdə yalnız Bolqarıstan və Rumıniya kimi Avropa İttifaqına üzv Qara dəniz dövlətlərinin deyil, həm də bütövlükdə Aİ rəhbərliyinin mövqeyi həlledici rol oynayır. Bu isə daha geniş spektrli baxışların və maraqların toqquşmasına səbəb olur. Buna görə də, nə Rusiya, nə də Avropa İttifaqına qarşı hansısa sanksiyaların ləğvini gözləməyə dəyməz. Əksinə, Avropa ölkələri Ukraynadakı missiyalarını genişləndirmək niyyətindədir və daha sərt mövqe nümayiş etdirirlər. Belə olan halda, Avropa İttifaqının bu prosesdə konstruktiv dialoqa açıq olması və ya danışıqların müsbət iştirakçısına çevrilməsi ehtimalı olduqca azdır".
Ukrayna Siyasi Elmlər Akademiyasının akademiki, professor Maksim Yali də hesab edir ki, Avropa İttifaqının mövcud sanksiyaları ləğv edəcəyi real görünmür.
"Üstəlik, Aİ bu danışıqlarda birbaşa iştirak etmir. Xüsusilə ABŞ-nin Avropaya qarşı yeni ticarət tarifləri tətbiq etdiyi bir şəraitdə, Avropa İttifaqının mövqeyi dəyişməz qalır. Aİ Ukraynanın tərəfindədir və bu münaqişədə aqressorun Rusiya olduğunu hesab edir. Məhz bu səbəbdən də sanksiyalar tətbiq edilib və onların yaxın gələcəkdə yumşaldılması gözlənilmir. Rusiya tərəfi danışıqları uzatmaq taktikasına üstünlük verir. Onlar bu prosesdə maraqlıdırlar, xüsusilə də vəziyyət daha da gərginləşdikcə. Hazırda Rusiya təşəbbüsü ələ alıb və vaxtı maksimum uzatmağa çalışır. Bununla daha çox ərazi işğal etməyi və Ukrayna cəbhəsinin çökməsinə nail olmağı hədəfləyirlər. Əgər bu baş verərsə, Rusiyanın irəli sürdüyü şərtlər daha da sərtləşəcək. Qeyd edim ki, qısamüddətli perspektivdə Rusiyanın gözlədiyi kimi Ukrayna cəbhəsinin çökməsi real deyil. Xüsusilə ABŞ-nin Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməsi bu ehtimalı daha da azaldır. Ukraynanın əsas taktikası Rusiyaya maksimum itkilər verməkdir. Son ayların tendensiyalarına nəzər yetirdikdə, Rusiya ordusunun hücum tempinin əhəmiyyətli dərəcədə azaldığını və itkilərinin artdığını görmək olar. Bundan əlavə, Rusiya canlı qüvvə baxımından ciddi çətinliklərlə üzləşir. Bu, dolayısı ilə müqaviləli hərbçilər üçün maaşların əhəmiyyətli dərəcədə artırılmasında da özünü göstərir. Buna baxmayaraq, hətta yüksək məvacib müqabilində belə, hərbi xidmətə getmək istəyənlərin sayı azalır. Ümumilikdə, hazırda cəbhədə nisbi sabitlik müşahidə olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət