ABŞ prezidentinin qardaşı qızı Meri Tramp sosial şəbəkə paylaşımında Avropa ölkələrini dayısı Donald Trampa qarşı daha sərt addımlar atmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, Meri Tramp paylaşımında “The New York Times” qəzetində dərc olunan məqaləyə istinad edib.
Həmin məqalədə qeyd olunur ki, Avropa rəsmiləri Vaşinqtonun təhdidlərinə cavab verməkdənsə, ABŞ-la danışıqlara meyl göstərirlər. Söhbət Qrenlandiyanın ABŞ-a birləşdirilməsinə etiraz edən Avropa ölkələrinə qarşı gömrük rüsumlarının tətbiqindən gedir.
Meri Tramp danışıqları və “yumşaltma” siyasətini sərt şəkildə tənqid edib:
“Uğursuz danışıqlar və güzəşt strategiyasından bezmişəm. Bu, Trampı daha da gücləndirir. Ona qarşı dayanın!”
Onun fikrincə, Avropanın indiki mövqeyi Donald Trampın təzyiq siyasətini daha da cəsarətləndirir.