Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana dövlət səfərinə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Pakistanın hava məkanında Kasım-Jomart Tokayevin təyyarəsini döyüş qırıcıları müşayiət edib.
İslamabad Beynəlxalq Hava Limanında Qazaxıstan liderinin şərəfinə fəxri qarovul dəstəsi dəstəsi düzülüb və onu qarşılama mərasimində 21 top atəşi açılıb.
Kasım-Jomart Tokayevi hava limanında Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif qarşılayıb.