Qazaxıstanda parlament seçkilərində saat 16:00 üçün seçici aktivliyi 58,2 faizi təşkil edib 


Qazaxıstanda keçirilən parlament seçkilərində yerli vaxtla saat 18:00 üçün (Bakı vaxtilə saat 16:00) seçici aktivliyi 58,2 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Mərkəzi Seçki Komissiyasının üzvü Yerlan Daulbayev deyib.

Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentin aşağı palatasına seçkilər keçirilir.