Qazaxıstan hökuməti yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsinə təxminən 20,78 milyard təngə (41,8 milyon dollar) xərcləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Mərkəzi Referendum Komissiyasının üzvü Mixail Bortnik brifinqdə jurnalistlərə bildirib.
Bortnik qeyd edib ki, vəsaitin böyük hissəsi, təxminən 75 faizi seçki komissiyalarının işçilərinin əmək haqlarının ödənilməsinə sərf olunacaq. Vəsaitin digər hissəsi Qazaxıstan Xarici İşlər Nazirliyinə xaricdəki seçki məntəqələrində səsvermənin təşkili və keçirilməsi üçün ayrılacaq. O əlavə edib ki, komissiya əlavə pul xərcləmək niyyətində deyil.
Qeyd edək ki, referendum martın 15-nə planlaşdırılıb. Qazaxıstan və xarici ölkələrdə bu məqsədlə 10 mindən çox seçki məntəqəsi yaradılacaq. 12,4 milyondan çox Qazaxıstan vətəndaşı referendumda iştirak edə biləcək.