Qərb ölkələri Cənubi Qafqazda təsirlərini gücləndirməyə çalışır, bu da regionda gərginliyi artırır.
Axar.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.
“Mərkəzi Asiyadakı vəziyyət də narahatlıq doğurur: Əfqanıstandan olan terrorçu qruplar ekstremist fəaliyyətin qonşu ərazilərə yayılması təhlükəsi yaradır. Bundan əlavə, radikal ideologiyanın və narkotik qaçaqmalçılığının yayılması riski qalmaqdadır. KTMT-nin məsuliyyət zonasında vəziyyət gərgin və gözlənilməz olaraq qalır. Beynəlxalq münasibətlərin deqradasiyası fonunda münaqişə potensialı yalnız artacaq”, - o bildirib.