Qərb yarımkürəsi bizimdir - ABŞ

Qərb yarımkürəsi Vaşinqtonun maraq dairəsindədir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin X-dəki paylaşımında deyilir.

“Bu, bizim yarımkürəmizdir və Prezident Tramp təhlükəsizliyimizə qarşı təhdidlərə yol verməyəcək”, - deyə paylaşımda bildirilir.

Tvitə Prezident Donald Trampın ağ-qara fotosu və “Bu, BİZİM yarımkürəmizdir” yazısı da əlavə olunub.