Marlen Mamataliyev Qırğızıstan parlamentinin yeni spikeri seçilib.
APA Qırğızıstan mediasına istinadən xəbər verir ki, gizli səsvermədə 83 deputat iştirak edib.
Onun namizədliyinin lehinə 77 deputat, əleyhinə isə 5 deputat səs verib, bir səs etibarsız sayılıb.
***
10:41
Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turqunbek uulu istefa verdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.
“Ölkədə baş verən siyasi hadisələrlə əlaqədar olaraq bildirirəm ki, mən bir və ya iki nəfərə deyil, xalqa, dövlətə və parlamentə xidmət edirəm. Öz istəyimlə istefaya getmək qərarına gəldim. Bu, xarici təzyiq olmadan qəbul etdiyim şəxsi bir qərardır", – Turqunbek uulu bildirib.
Məlumata görə, spikerin istefa məsələsi Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin vəzifəsindən azad edilməsindən sonra müzakirə olunmağa başlayıb.