Qırğızıstanda prezident seçkiləri və referendumda seçicilərin 33 faizdən çoxu səs verib
14:40 10.01.2021
Dünya
446
Yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri və respublikada idarəçilik formasının müəyyənləşdirilməsi ilə bağlı referendum keçirilir.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova Bişkekdə keçirdiyi mətbuat konfransında referendumun baş tutmuş hesab olunduğunu bildirib. O deyib ki, saat 18.00-a olan məlumata görə, prezident seçkilərində seçicilərin 33,13, referendumda isə 33,08 faizi səs verib. Bu isə prezident seçkilərində 1 milyon 180 min 515, referenduma isə 1 milyon 778 min 656 səs deməkdir. Beləliklə, Qırğızıstan qanunları ilə referendumda seçicilərin 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş hesab olunur.
Xatırladaq ki, prezident seçkilərinə 17 namizəd qatılıb. Onların arasında siyasətçilərlə yanaşı, məmurlar, iş adamları, güc strukturlarının nümayəndələri də var.
Prezident seçkiləri və referendumda TÜRKPA-nın müşahidə missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa, Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə deputat Sabir Hacıyev, Azərbaycan Mərkəzi Seçki Komissiyasının xətti ilə Etibar Quliyev və Rəşid Yusifbəyli, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tərkibində Baxşeyiş Əskərov və Ceyhun Şahverdiyev müşahidəçi kimi səsvermə prosesini izləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya