Qorbaçov kimsəsiz qalıb: Baxanı yoxdur
18:54 06.12.2020
Dünya
787
Moskvada dekabrın 3-də tanınmış sənədli film ustası Vitali Manskinin SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovla bağlı çəkdiyi "Qorbaçov. Cənnət" sənədli filminin təqdimatı olub.
Azpost.info bildirir ki, rejissor Mixail Qorbaçovdan yaşadığı xidməti evində müsahibə götürüb.
Film Avropanın nufuzlu sənədli filmlər festivalı sayılan IDFA-nın əsas mükafatını alıb.
Filmlə bağlı ekspert rəyləri maraqlıdır. Kadrlarda 90 yaşlı qoca Qorbaçov və onun gündəlik həyatı təsvir olunur. O çətinliklə kreslodan qalxır, yataq otağına xüsusi quraşdırılmış liftlə qalxır.
Saat yarımlıq film Mixail Qorbaçova ömürlük verilmiş xidməti mənzilində çəkilib. Evi tikanlı məfillərə bürünmüş hündür hasarlar əhatə edir. Hər yerdə müşahidə kameraları qurulub.
Belə yerdə dünyanı dəyişdirmiş şəxs tək-tənha yaşayır.
Filmdə Qorbaçov 2020-ci ili öz köməkçisinin evində qarşılayır. Onun daha hər hansı yaxın adamı yoxdur. Qorbaçov yalnız bir kəlmə deyir: Daha nəvələri onun yanına gəlmir, əvvələr gəlirdilər. İndi yox. Vəssalam! Başqa söz daha lazım deyil.
Film boyu biz qohumları, əzizləri tərəfindən atılmış tənha şəxsi görürük. Qorbaçovun qızı və nəvələri Almaniyada yaşayırlar. Rusiyaya gəlmirlər. Qorbaçov isə heç yerə artıq gedə bilmir.
Filmdə o, Novodeviçye qəbristanlığında arvadı Raisanın məzarı qarşısında dayanır və deyir ki, vəfat etdikdən sonra onun yanında hazırlanmış yerdə basdırılacaq.
Mixail Qorbaçov qızları tərəfindən amansızcasına tərk edilmiş Kral Liri xatırladır. Mixail Qorbaçov 1985-1991-ci illərdə SSRİ-yə rəhbərlik edib. Sovet İttifaqının süqutuna gətirib çıxarımış "Yenidənqurma" siyasətinin müəllifidir.
M.Qorbaçov Dağlıq Qarabağ probleminin ortaya çıxmasının səbəbkarı hesab edilir.
Onun fərmanı ilə 1990-cı ilin 20 yanvarında sovet ordusu Bakıya hərbi müdaxilə edib və dinc sakinlərə divan tutub. Nəticədə yüzlərlə dinc vətəndaş həlak olub, minlərlə şəxs yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual