Qrem: Yaxınlarda İranla bağlı yekun qərar veriləcək

“ABŞ Prezidenti Donald Tramp yaxın həftələrdə İranla bağlı hərbi ssenarinin tətbiqinin mümkün olub-olmaması barədə yekun qərarını verəcək, nəticə danışıqların gedişindən asılı olacaq”.

Teleqraf xəbər verir ki, bunu amerikalı respublikaçı senator Lindsi Qrem deyib.

Senator bildirib ki, Vaşinqton hazırkı danışıqlardan ən qısa vaxtda nəticə gözləyir, aylarla gözləmək fikrində deyil. Qrem bu qənaətə ötən həftəsonu Trampla apardığı söhbətdən sonra gəlib. O əlavə edib ki, Ağ Ev hazırda danışıqlar zamanı güzəşt əldə etməyə çalışır, parallel olaraq, Tehrana hərbi təzyiqi artırır.

“Çox şey İranın atacağı addımlardan asılı olacaq”, - senator vurğulayıb.