Qrenlandiyanın Baş naziri: Danimarkanı seçəcəyik

Qrenlandiyanın Baş naziri Yens-Fridrix Nilsen çərşənbə axşamı bildirib ki, ABŞ-nin bir hissəsi olmaqdansa, Danimarkaya qoşulmaq daha yaxşıdır,

Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

"Hazırda geosiyasi böhranla üzləşirik və əgər indi ABŞ ilə Danimarka arasında seçim etməli olsaq, Danimarkanı seçəcəyik", - Qrenlandiyanın Baş naziri bildirib.

Tramp ötən bazar günü Qrenlandiyanı "bu və ya digər şəkildə " əldə edəcəklərini bəyan edib.

Nilsen vurğulayıb ki, Qrenlandiya ABŞ-yə məxsus olmaq istəmir.

"Danimarkanın Baş naziri Mette Frederiksen ilə danışdım. O, ən yaxın müttəfiqinin tamamilə qəbuledilməz təzyiqinə müqavimət göstərməyin çətin olduğunu bildirdi. Frederiksen dedi ki, ən çətin məsələ hələ qarşıdadır" - Baş nazir qeyd edib.