Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi BMT baş katibi vəzifəsinə ən güclü namizəddir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki yeni daimi nümayəndəsi Dmitri Polyanski bildirib.
“Rafael Qrossi güclü bir namizəddir və onun müraciəti baş katib vəzifəsinə seçim prosesini zənginləşdirəcək. Hələlik namizədlik prosesi ilkin mərhələdədir, hansısa proqnoz vermək üçün hələ tezdir”, - rusiyalı diplomat deyib.
Argentina noyabrda Rafael Qrossini rəsmi olaraq BMT baş katibi vəzifəsinə namizəd göstərib.
BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq. Seçkilərin gələn ilin iyul ayında keçirilməsi planlaşdırılır.