REAKSİYA ! - “İranın atom istehsal etməsi uzaqda deyil” – Təzyiqlər artacaq !
Fidan Həmişəyeva
09:43 05.01.2021
Dünya
743
“Uranın 20 faizlik zənginləşdirilmiş istehsalı sübut etdi ki, İran beynəxalq agentliyin müfəttişlərini aldadıb”
“Belə bir şəraitdə beynəlxalq ictimaiyyət daha çox ABŞ-ı dəstəkləyəcək. Ona görə də İrana qarşı kəskin addımlar atıla bilər”
“Beləliklə, İrana qarşı daha ciddi və sərt sanksiyaların tətbiqi istisna edilmir”
İran 20 faizlik zənginləşdirilmiş uranın istehsalına başlayıb. Bu barədə İranın dövlət sözçüsü Əli Rəbii məlumat verib. O qeyd edib ki, yaxın saatlarda UF6 zənginləşdirilmiş uranın ilk partiyası hazır olacaq:
“Bu prosesin hamısı hamısı ilkin addımlar, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məlumat vermək kimi addımlar atıldıqdan sonra baş tutub”.
Dövlət sözçüsü bildirib ki, bu addım ölkə prezidenti Həsən Ruhaninin göstərişi ilə atılıb.
İranın bu addımını “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltan söyləyib ki, 2015-ci ildə əldə edilən razılaşmaya əsasən, İrana uranı 3,67 faizədək zənginləşdirməyə icazə verilir. 2020-ci ildə isə Tehran hakimiyyəti bundan imtina edərək uranın zənginləşdirilməsini 4 faizədək qaldırdı:
“Məlumdur ki, ABŞ neft ixracına dair İrana qarşı sanskiya tətbiq edib. Bu sanksiyalar İran iqtisadiyyatını çökdürdü. Ona görə də İran uranın 20 faizədək zənginləşdirilməsi prosesinə başlayıb.
ABŞ və İsrail davamlı surətdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı ki, İranın atom silahı istehsal etməsi çox da uzaqda deyil. 20 faizədək zəngiləşdirilmiş uran isə daha çox hərbi sahədə tətbiq edilə bilər.
İran bununla beynəlxalq ictimaiyyətə qarşı təzyiq edir. Məsələn, bu gün Çinin Xarici işlər naziri bəyan edib ki, ABŞ təcili olaraq sanksiyaları ləğv etməlidir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən verilən ilk reaksiya idi. Hesab edirəm ki, növbəti addım Rusiyadan gələcək. Yəni ABŞ-ın sanksiyalarına qarşı təzyiqlər genişlənəcək”.
S.Soltan vurğulayıb ki, İran 20 faizlik zənginləşdirilmiş uranın istehsalına başlamaqla beynəlxalq ictimaiyyəti, İsrail və ABŞ tərəfdarlarına təzyiq göstərir:
“İran ərəb ölkələrini təhdid edir ki, ona qarşı sanksiyaların ləğv edilməsi kampaniyalarına qoşulsunlar. Böyük ehtimalla ABŞ-ın addımı sanksiyaların ləğvinə səbəb olmayacaq.
Əksinə ABŞ bəyan edəcək ki, illər uzunu irəli sürdükləri ehtimallar öz təsdiqini tapdı. İran doğrudan da beynəlxalq ictimaiyyətdə nüvə obyektlərindəki fəaliyyəti ilə bağlı şəffaf olmayıb.
Yəni uranın 20 faizlik zənginləşdirilmiş istehsalı sübut etdi ki, İran ötən illər ərzində beynəxalq agentliyin müfəttişlərini aldadıb. Belə bir şəraitdə beynəlxalq ictimaiyyət daha çox ABŞ-ı dəstəkləyəcək. Ona görə də İrana qarşı kəskin addımlar atıla bilər. ABŞ-ın blokunda olan qüvvələr İranı tənqid edəcəklər.
Beləliklə, İrana qarşı daha ciddi və sərt sanksiyaların tətbiqi istisna edilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi