Riskli qərar: Bu ölkədə məhdudiyyətlər götürülür
Yusif Sultanoğlu
10:22 03.03.2021
Dünya
618
Koronavirusdan ən çox təsir göstərdiyi ABŞ-ın Texas ştatı qəribə bir qərar verib. Yoluxanların və ölənlərin sayına baxmayaraq əyalətdəki bütün məhdudiyyətlər, o cümlədən maskadan istifadə ləğv edilib. Bu barədə ştatın qubernatoru məlumat verib.
“Sherg.az” xəbər verir ki, Texasda gələn həftədən maskadan istifadə məcburiyyəti aradan qaldırılacaq. Ştatın Cumhuriyyətçi partiyadan olan qubernatoru Qreq Abbottun “İndi Texası tamamilə açmaq zamandır” deyərək duyurduğu qərarda qapalı müəssisələrin də fəaliyyətinə icazə veriləcək.
ABŞ-ın ən böyük əyalətlərindən olan Texasda bu günə qədər koronavirusdan ölənlərin sayı 43 mindən daha çoxdur. Ştat koronavirus ölümləri sırasında üçüncüdür.
Bir müddətdir partiyasında məhdudiyyətlərin davam etdirilməsi səbəbi ilə tənqidlərə məruz qalan Abbott açıqlamasında “ Çox Texaslı məşğulluq fürsətlərindən məhrum qalıb.
Kiçik müəssisələr xərclərini ödəməkdə çətinlik çəkir” deyərək qərarı qəbul etməsinin səbəbini izah edib.
Abbott virusun bitməməsinə baxmayaraq, ştatdakı məhdudiyyətlərə ehtiyacın olmadığını söyləyib.
Martın 10-dan qüvvəyə minəcək olan yeni sistem daha əvvəl qəbul edilən bir çox məhdudiyyəti ləğv edir.
Texasda bu günə qədər təxminən 5.7 milyon insan vaksinasya olunub.
Prezident Co Bayden hakimiyyəti isə məhdudiyyətlərin hələ də vacib olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm