Rubio: Ukrayna üzrə danışıqlarda təkcə ərazi məsələsi həll olunmamış qalır

Ukrayna münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda ərazi məsələsi hələ də həllini tapmayıb.

APA xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Hələ də qalan məsələ ərazi məsələsidir”, — deyə Marko Rubio qeyd edib.