Rumıniya Ukrayna sərhədi yaxınlığında qırıcıları havaya qaldırdı

Rumıniya dekabrın 26-na keçən gecə bir neçə pilotsuz uçuş aparatının (PUA) yaxınlaşmasına görə Ukrayna sərhədi yaxınlığında iki F-16 qırıcını havaya qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"25-26 dekabr gecəsi, saat 01:05-də (Bakı vaxtı ilə 03:05) Feteştidəki 86-cı Hava Bazasından iki F-16 qırıcı təyyarəsi Ukrayna ilə sərhəd bölgəsində, Tulça qraflığının şimalında vəziyyəti izləmək üçün havaya qalxdı. Hava müşahidə sistemi pilotsuz təyyarələr qrupunu aşkar etdi", - deyə məlumatda bildirilir.

Nazirliyin məlumatına görə, Rumıniya hava məkanına icazəsiz müdaxilə olmayıb və ölkə ərazisində təyyarə qalıqları aşkar edilməyib.

Dekabrın əvvəlində Rumıniya Prezidenti Nikusor Dan bildirib ki, Rumıniya ölkənin şərqində kifayət qədər əks-dron imkanlarına malik deyil.

Noyabrın sonlarında Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanına pilotsuz təyyarənin daxil olduğunu aşkar edib. PUA-ları zərərsizləşdirmək üçün dörd qırıcı havaya qaldırılsa da, onlar hədəfi vura bilməyiblər.