
Rüşeymləri artıq cücərib: Qərbin Kremllə əlaqələri bərpa etmək istəyi artmaqdadır
Yusif Nəzərli
11:52 16.06.2025
Dünya
526
G7 Ukrayna tərəfdarı olan üzvləri Kanadada keçiriləcək sammitdə Moskvaya təzyiqləri artırmaq üçün tədbirlər görməyəcək. Bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, Avropalı diplomatların fikrincə, Ukrayna tərəfdarları arasında az adam Rusiyaya təzyiq göstərmək və ya G7 sammitində Kiyevi dəstəkləmək üçün hər hansı koordinasiyalı hərəkətə ümid edir. Avropa liderləri və respublikaçı senatorlar Lindsi Qrem və demokrat Riçard Blumentalın başçılıq etdiyi bir sıra amerikalı qanunvericilər Rusiya neftinin qiymətinin bir barelinin 45 dollara endirilməsini dəstəkləyir, lakin ABŞ Prezidenti Donald Tramp bunda maraqlı görünmür.
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı sherg.az-a bildirib ki, belə qərarlar gözlənilən idi:

“Rusiya-Ukrayna arasında müharibə uzandıqca Kiyevi dəstəkləyənlərin sayında azalma müşahidə olunacaq. Bu da təbiidir. Çünki, dünya artıq müharibələrdən bezib. Rusiya ilə əlaqələri daha da pisləşdirmək istəməyənlərin də sayı artır. Çünki, şimal qonşumuz ticari-iqtisadi əlaqələrdə önəmli ölkələrdən biridir. Dolayısı ilə artıq Qərb dünyası da bu müharibədə istədiyini müəyyən qədər ala bildi. Dağılan Ukrayna oldu, tam olmasa da, müəyyən qədər zəifləyən də Rusiya oldu. Qərb müttəfiqlərindən bir insanın da burnu qanamadı. Amma Rusiya və Ukrayna təxmini hər biri bir milyona yaxın itki verdilər. Digər tərəfdən Rusiya neftindən asılılıq çoxdur. Ona görə rus neftinin barelinin aşağı düşməsini AĞ Ev sahibi istəmir. Biznesmen Tramp hər şeyə biznes gözü ilə baxır. Hesab edirəm ki, artıq bütün dünya Ukrayna cəbhəsindəki savaşın nəticələri ilə barışıb. Sadəcə savaşın bir müddət də davam etməsini istəyən güclər var. Onun üçün də, Rusiya-Ukrayna qarşıdurması hələ bir müddət də davam edəcək. Amma sonluqda ərazi itkisi və daha böyük dağıntılarla üz-üzə Kiyev qalacaq. Artıq Zelenski iqtidarı müharibəni bitirmək barədə düşünməlidir. Çünki, onu meydanda tək qoyanların sayının durmadan artdığını öz gözü ilə görməlidir. 2022-ci ilin fevralındakı Qərb müttəfiqləri artıq yoxdur. Verilən heç bir vəd tutulmadı. Yalnız maliyyə və silah yardımı edildi ki, bununla Ukraynanın Rusiya qarşında qalib gəlməsi mümkünsüz görünürdü. Ukraynanın hava məkanını belə bağlamadılar. Getdikcə Kremllə əlaqələri bərpa etmək istəyən Avropa görəcəyik. Bunun da rüşeymləri görünməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz