Rusiya və Ukrayna arasında bu il ilk dəfə meyit mübadiləsi aparılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, mübadilə 1000-ə 38 nisbətində baş tutub.
Bildirilib ki, Rusiya 1000 ukraynalı hərbçinin meyitini Kiyevə, Ukrayna isə 38 rusiyalı hərbçinin meyitini Moskvaya təhvil verib.