Rusiya ABŞ-a çağırış etdi: “Maduro və həyat yoldaşını azad edin”

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-da saxlanıldığı bildirilən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin dərhal azad olunmasını tələb edib.

Sherg.az xəbər verir ki, nazirliyin açıqlamasında ABŞ-ın Venesuelaya qarşı hərbi müdaxiləsi pislənib və mövcud problemlərin yalnız dialoq yolu ilə həll edilməsinin vacibliyi vurğulanıb.

Bəyanatda Vaşinqtona müraciət edilərək, “suveren ölkənin legitim seçilmiş dövlət başçısı və onun həyat yoldaşı azadlığa buraxılmalıdır” ifadəsi yer alıb. Rusiya XİN bundan əvvəlki açıqlamalarında da ABŞ-ın addımlarını kəskin tənqid etmiş və Maduro ilə həyat yoldaşının taleyinə aydınlıq gətirilməsini istəmişdi.