Rusiya ABŞ-nin İranın nüvə obyektlərinə raket zərbələrini pisləyib
Yusif Nəzərli
11:17 22.06.2025
Dünya
436
Rusiya İsrailin İran İslam Respublikasına hücumundan sonra iyunun 22-də səhər ABŞ-ın İrandakı bir sıra nüvə obyektlərinə zərbələr endirməsini qətiyyətlə pisləyir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Rusiya XİN ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması kimi qiymətləndirib:
“Hansı arqumentlərdən istifadə olunmasından asılı olmayaraq, suveren dövlətin ərazisinin raket və bomba zərbələrinə məruz qalmasına dair məsuliyyətsiz qərar beynəlxalq hüququn, BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının əvvəllər bu cür hərəkətləri birmənalı olaraq qəbuledilməz kimi qiymətləndirən qətnamələrinin kobud şəkildə pozulmasıdır. Zərbələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir ölkə tərəfindən həyata keçirilməsi xüsusilə təşviş doğurur.
Bu hərəkətin nəticələri, o cümlədən radioloji təsirləri hələ qiymətləndirilməlidir. Lakin artıq aydındır ki, regional və qlobal təhlükəsizliyə daha da xələl gətirən təhlükəli eskalasiya başlayıb. Artıq çoxsaylı böhranlara məruz qalmış Yaxın Şərqdə münaqişənin genişlənməsi riski xeyli artıb.
İranın nüvə obyektlərinə edilən hücumların Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsaslanan qlobal yayılmama rejiminə vurduğu zərər xüsusi narahatlıq doğurur. İrana endirilən zərbələr Nüvə Silahlarının Yayılmaması Müqaviləsinoin səlahiyyətlərinə və ona əsaslanan Atom Enerjisi üzrə Beynəxalq Agentliyin (AEBA) yoxlama və monitorinq sisteminə böyük ziyan vurub.
Biz AEBA rəhbərliyindən tələsik ifadələr və siyasi “bərabər məsafə” arxasında gizlənmək cəhdləri olmadan operativ peşəkar və dürüst reaksiya gözləyirik. AEBA-nın baş direktorunun obyektiv hesabatı Agentliyin yaxın vaxtlarda keçirilməsi planlaşdırılan xüsusi sessiyasında baxılması üçün lazımdır.
Əlbəttə ki, BMT Təhlükəsizlik Şurası da cavab verməlidir. ABŞ və İsrailin ziddiyyətli hərəkətlərini kollektiv şəkildə rədd etmək lazımdır. Biz təcavüzə son qoymağa və vəziyyəti siyasi və diplomatik müstəviyə qaytarmaqdan ötrü şərait yaratmaq üçün səyləri artırmağa çağırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə