
Rusiya Ankaraya arxalanaraq Suriyadakı bazalarını qoruyub saxlamağa çalışır -Analitik
Yusif Nəzərli
09:18 29.01.2025
Dünya
533
Rusiya nümayəndə heyəti Dəməşqə səfər edib. Heyətə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.
Qeyd edək ki, bu, Bəşər Əsədin ötən ilin dekabrında Suriya prezidenti postunu tərk edərək ölkədən qaçmasından sonra Rusiya rəsmilərinin Dəməşqə ilk səfəridir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Rusiyanın Suriyadakı mövqeyi əvvəldən bəlli idi:

"2010-cu illərin sonları və 2011-ci illərin əvvəllərində Ərəb Baharı başladığı dönəmdə Suriyada cərəyan edən hadisələr və Rusiyanın bu ölkədə mövqeyini qoruyub saxlaması göz önündə idi. Əslində, Rusiya Suriyadakı hərbi bazaları və siyasi təsiri vasitəsilə Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində və Qara dənizdə strateji üstünlük əldə etməyə çalışırdı. Suriyadakı proseslər yeni deyil, çünki Rusiya burada hələ Sovet dönəmindən bəri varlığını qoruyub saxlayır. Yaxın Şərq, Rusiya üçün strateji baxımdan Ukrayna və Mərkəzi Asiya qədər əhəmiyyətli bir region sayılırdı. Əvvəllər Rusiyanın bölgədə daha geniş təsir imkanları olsa da, zamanla onun fəaliyyəti məhdudlaşdırıldı və Suriya Moskvanın Yaxın Şərqdəki sonuncu dayağına çevrildi. Bu ölkədə Rusiya rejimi dəstəkləyən əsas güc Əsəd hökuməti idi. Lakin Əsədin devrilməsi və yeni hakimiyyətin formalaşması Rusiya üçün ciddi çağırışlar yaradır. Bu proseslərdə Türkiyə mühüm rol oynayır. Rusiya Ankaraya arxalanaraq Suriyadakı bazalarını qoruyub saxlamağa çalışır. Bu, Rusiya-Türkiyə münasibətlərinin əsas müzakirə mövzularından biridir. Düşünürəm ki, Rusiya nümayəndə heyətinin Suriyaya səfərinin başlıca məqsədi də məhz bu məsələ ilə bağlıdır. Eyni zamanda, yeni Suriya hakimiyyəti üçün prioritetlərdən biri, Bəşər Əsədin geri qaytarılması məsələsi ola bilər. Bu, rəsmi Moskva ilə yeni Suriya rəhbərliyi arasında ciddi müzakirə mövzularından biri olacaq. Hər halda Rusiya Suriyadakı hərbi bazalarını qoruyub saxlamaq üçün mümkün olan bütün addımları atacaq. Bu məqsədlə, hətta indiyə qədər qətiyyətlə qarşı çıxdığı bəzi məsələləri də müzakirəyə çıxara bilər".
Ekspert əlavə edib ki, Qərb ölkələri artıq yeni Suriya hakimiyyəti ilə əlaqə qurmağa başlayıblar:
"Bir sıra dövlətlər Suriyaya rəsmi nümayəndələrini göndərir və yeni rəhbərliklə diplomatik təmaslar qurur. Düşünürəm ki, yaxın zamanda Suriya rejimi ilə bağlı "terrorçu təşkilat" ittihamları da yenidən gündəmə gələ bilər. Rusiyanın bu məsələdə hansı mövqe tutacağı maraq doğurur. Ola bilsin ki, Moskva yeni Suriya hakimiyyəti ilə rəsmi müzakirələrə başlasın və bununla da faktiki olaraq yeni rejimi qəbul etdiyini nümayiş etdirsin. Əgər rəsmi Moskva Suriyaya nümayəndə heyəti göndərir və bu, açıq şəkildə elan olunursa, deməli, artıq yeni hakimiyyətlə əməkdaşlığa gedilməsi ehtimalı var. Bundan sonra Rusiyanın Suriyaya dair siyasətinin hansı istiqamət alacağı aparılacaq danışıqlardan asılı olacaq. Yeni rejim Moskvadan nə istəyir, Rusiya onlardan hansı təminatları gözləyir və Suriyadakı hərbi bazaların saxlanılması reallaşacaqmı? Bu məsələlər Türkiyənin razılığı olmadan mümkün görünmür. Ona görə də, Rusiyanın gələcək addımları böyük ölçüdə Ankara ilə aparılan danışıqlardan asılı olacaq. Bütün bu proseslər Suriyadakı yeni reallıqların formalaşması baxımından həlledici rol oynayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm