Rusiya Dövlət Dumasında foto çəkmək qadağan edilib

Rusiya Dövlət Dumasında foto çəkmək qadağan edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Dumanın spikeri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, Dövlət Duması fotoqrafların psixikasını qorumaq üçün foto çəkilişini qadağan edib.

"Kimsə əsnəyib və ya bir şeyə toxunub və sonra siz həmin anı çəkmisiniz. Bütün gününüzü bu anlar üzərində qurursunuz. Bu nəyə gətirib çıxaracaq? Ciddi zehni problemlərə", - Dumanın sədri vurğulayıb.

O, iclas zalında video çəkilişin hələ də aparıldığını və canlı yayımların qadağan edilməsi planının olmadığını söyləyib.

Volodin qeyd edib ki, palatanın işi ən vacib şeydir və "televiziya və fotoqraflar ikinci dərəcəlidir".

Qeyd edək ki, dumanın iclaslarında foto çəkilişinə qadağa 21 yanvarda tətbiq edilib. Bundan bir gün əvvəl Volodin fotoqrafları "deputatları pis vəziyyətdə göstərməyə" çalışdıqlarına görə tənqid edib.